Operativ Məlumat Mərkəzi

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - 27.02.2023

2 dəq
Paylaş:
Qanunsuz ov edən şəxslər cəzalandırılıb - 27.02.2023

Xəzər dənizinin şəhəri akvatoriyasında, Mingəçevir su anbarında, Kür çayının Mingəçevir şəhəri və Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq şəxslər saxlanılıb.

Dövlət Ekoloji Xidmətinin rəsmisi Bəhruz "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Arzu Abbasov, Mingəçevir şəhər sakinləri Oqtay , Arif Mustafayev, Neftçala rayon sakinləri Qabil Orucov və Zaman Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 980 metr uzunluğunda 11 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Əfqan Məmmədov, Biləsuvar rayon sakini Rauf Həbiyev və Lənkəran rayon sakini İntizam Əliyev saxlanılıb:

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax