Əsas məzmuna keç

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - 27.02.2023

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - 27.02.2023

Xəzər dənizinin şəhəri akvatoriyasında, Mingəçevir su anbarında, Kür çayının Mingəçevir şəhəri və Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Arzu Abbasov, Mingəçevir şəhər sakinləri Oqtay , Arif Mustafayev, Neftçala rayon sakinləri Qabil Orucov və Zaman olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 980 metr uzunluğunda 11 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Əfqan Məmmədov, Biləsuvar rayon sakini Rauf Həbiyev və Lənkəran rayon sakini İntizam Əliyev saxlanılıb:

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…