Operativ Məlumat Mərkəzi

Putinlə Trampın telefon danışığının vaxtı məlum olub

2 dəq
Paylaş:
Putinlə Trampın telefon danışığının vaxtı məlum olub

və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bu gün Moskva vaxtı ilə saat 16:00-18:00 arasında gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin katibi Dmitri Peskov məlumat verib.

D.Peskov telefon danışığının lazım olduğu qədər davam edəcəyini bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri həm Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

D.Trampın Rusiya və ABŞ-nin artıq bir çox məsələlərlə bağlı mövqelərini razılaşdırdığı barədə sözlərini şərh edən D.Peskov Moskva və Vaşinqton arasında müəyyən müzakirələrin aparıldığını diqqətə çatdırıb.

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvada olub, İstanbulda da danışıqlar aparılıb və daha əvvəl iki arasında ilk telefon danışığı baş tutub. Buna görə də, şübhəsiz ki, müəyyən anlayış var. Lakin həm ikitərəfli münasibətlərimizin gələcəkdə normallaşması, həm də münaqişəsinin nizamlanması ilə bağlı çoxlu suallar var. Bütün bunlar iki prezident tərəfindən müzakirə ediləcək", - mətbuat katibi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax