Əsas məzmuna keç

Putin və Netanyahu Trampın Yaxın Şərq planını müzakirə etdilər

Putin və Netanyahu Trampın Yaxın Şərq planını müzakirə etdilər

tərəflər Yaxın Şərq münaqişəsinin həlli yollarını, o cümlədən ABŞ prezidenti Donald Trampın Qəzza zolağında sülh planını müzakirə ediblər. Kremlin...

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, tərəflər Yaxın Şərq münaqişəsinin həlli yollarını, o cümlədən ABŞ prezidenti Donald Trampın sülh planını müzakirə ediblər.

Kremlin xidmətinin məlumatına görə, söhbət zamanı Yaxın Şərqdəki cari hadisələr və Trampın normallaşma təşəbbüsü ətrafında “hərtərəfli fikir mübadiləsi” aparılıb.

“Vladimir Putin Rusiyanın Fələstin məsələsinin tanınmış hüquqi əsaslar əsasında ədalətli və hərtərəfli həlli tərəfdarı olan sarsılmaz mövqeyini bir daha təsdiqləyib”, – bəyanatda qeyd olunur.

Liderlər, həmçinin, İranın nüvə proqramı və Suriyada sabitliyin təmin olunması məsələlərini də müzakirə ediblər.

Bundan əlavə, Netanyahu Putinin doğum günü münasibətilə ona səmimi təbriklərini çatdırıb.

Qeyd edək ki, Rusiya prezidenti oktyabrın 7-də 73 yaşını qeyd edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…