Əsas məzmuna keç

Putin KTMT-nin növbəti sammitinin tarixini və yerini açıqladı

Putin KTMT-nin növbəti sammitinin tarixini və yerini açıqladı

Prezidenti Vladimir Putin Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında zamanı təşkilatın növbəti sammitinin Moskvada keçiriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Putin Kremldən çıxışında bildirib:

“Razılığa gəlinib ki, Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək. Sizi Rusiyanın paytaxtında səbirsizliklə gözləyirik.”

Həmçinin Rusiya lideri KTMT qüvvələrinin Rusiya silahları ilə təchiz olunması üçün genişmiqyaslı proqramın başlanmasını təklif edib. Onun sözlərinə görə, bu silahlar döyüş bölgələrində öz effektivliyini artıq sübut edib.

Bu təşəbbüs KTMT üzvləri arasında hərbi əməkdaşlığı gücləndirmək və regionda kollektiv müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…