Operativ Məlumat Mərkəzi

Putin: Biz heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməmişik

2 dəq
Paylaş:
Putin: Biz heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməmişik

Rusiya prezidenti Vladimir Putin Hindistanın sədrliyi ilə keçirilən G20 sammitində videokonfrans vasitəsilə iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin -Rusiya müharibəsi ilə bağlı açıqlamalar verib.

“Xatırlatmaq istərdim ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib. Danışıqlar prosesindən çıxdığını açıq şəkildə elan edən Rusiya deyil, Ukrayna idi",-deyə Putin qeyd edib.

Həmçinin Ukraynadakı müharibəni İsrailin Fələstinə davam edən hücumları ilə müqayisə edən Putin, “Başa düşürəm ki, bu müharibədir, insan itkisi hər kəsi şoka salır. 2014-cü ildə Ukraynada baş verən qanlı çevriliş və ondan sonra Kiyev rejiminin Donbassdakı xalqına qarşı apardığı müharibə də şok yaratmadımı? Eyni zamanda, bu gün Fələstində və dinc əhalinin məhv edilməsi şok deyilmi? Həkimlərin uşaqları anesteziyasız etdirməsi şok deyilmi? Təşkilatının baş katibinin Qəzzanın nəhəng uşaq qəbiristanlığına çevrildiyini söyləməsi şok deyilmi?",- deyə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax