Əsas məzmuna keç

Prezidentdən müharibə əliləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM

Prezidentdən müharibə əliləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM

Şəhid ailələri və müharibə əlilləri üçün sosial müdafiə haqqında Prezident sərəncamında dəyişiklik edildi.

“Müharibə ilə əlaqədar əlilliyi şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1071) 1-ci hissəsində “ildə” sözü “və 2023-cü illərdə” sözləri ilə əvəz edilsin.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…