Əsas məzmuna keç

Prezident Olimpiada medalçılarını MÜKAFATLANDIRDI

Prezident Olimpiada medalçılarını MÜKAFATLANDIRDI

Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün...

İlham Əliyev Fransanın Paris şəhərində keçirilən Olimpiya Oyunlarında Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;

ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Milli Olimpiya komandasının üzvləri təltif edilib

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…