“ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəmir, onun prioriteti diplomatiyadır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karoline Leavitt deyib.
"Prezidentin lazım olduqda tətbiq edə biləcəyi çoxsaylı alətləri var. Tramp gələcəkdə atacağı və ya atmayacağı addımları öncədən açıqlamır. Amma o, hər zaman bu münaqişəni başa çatdırmaq üçün öncə diplomatiya və danışıqlardan istifadə etmək niyyətində olduğunu deyib və sabah da buna arxalanır. Təbii ki, sanksiyalar və digər tədbirlər də var, prezident lazım gələrsə onları tətbiq edə bilər. Amma bu, onun bunu istədiyi anlamına gəlmir", – deyə Leavitt vurğulayıb.