Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri İsrail Prezidentini təbrik edib

2 dəq
Paylaş:
Azərbaycan lideri İsrail Prezidentini təbrik edib

Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab ,

Sizi və Sizin simanızda İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax