Operativ Məlumat Mərkəzi

Prezident hökümətə TAPŞIRIQ VERDİ - Artım olacaq

2 dəq
Paylaş:
Prezident hökümətə TAPŞIRIQ VERDİ - Artım olacaq

İlham Əliyev hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir bildirib.

"Gələn ilin büdcəsində bununla bağlı müvafiq vəsait nəzərədə tutulub", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, büdcə xərclərinin səmərəliliyi məsələsi hökuməti maraqlandıran məsələlərdən biridir: "Burada konsensus tapmalıyıq ki, xərclər necə planlaşdırılsın. Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə Milli Məclisin xərclərə nəzarəti olmalıdır".

S.Şərifov həmçinin bildirib ki, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırma tədbirləri nəticəsində qeyri-neft-qaz sektorunda müsbət nəticələr var: "Ola bilər ki, qeyri-neft-qaz sektorunda vəziyyət hazırda istənilən səviyyədə deyil, ancaq bu il büdcəyə 960 əlavə qeyri-neft-qaz gəlirləri daxil olub".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax