Operativ Məlumat Mərkəzi

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

2 dəq
Paylaş:
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

İlham Əliyev vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax