Operativ Məlumat Mərkəzi

Prezident Edi Ramanı təbrik etdi

2 dəq
Paylaş:
Prezident Edi Ramanı təbrik etdi

İlham Əliyev Respublikasının Edi Ramaya təbrik ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab ,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.

ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax