Operativ Məlumat Mərkəzi

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

2 dəq
Paylaş:
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Portuqaliyada korrupsiya qalmaqalı fonunda Antoniu Koştanın istefa verməsi qərarından sonra erkən seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vətəndaşlar Assambleyasına (birpalatalı parlament) 230 deputat seçməli olacaqlar.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və saat 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) fəaliyyət göstərəcək. İlkin nəticələr gecə açıqlanacaq.

Səsvermə əvvəlcə 2026-cı ilə təyin edilmişdi. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya prezidenti Marselu Rebelu di Souza parlamenti buraxmaq və seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb. Qərar 2015-ci ildə baş nazir olmuş sosialist Koştanın yerli prokurorların litium hasilatı və hidrogen istehsalı layihələrində mümkün pozuntularla bağlı araşdırması fonunda istefa verdiyini elan etməsindən sonra verilib.

Portuqaliya polisi Koştanın rəsmi iqamətgahı da daxil olmaqla onlarla axtarış aparıb. Sözügedən işlə bağlı baş nazir administrasiyasının rəhbəri vəzifəsində Vitor Eşkariya saxlanılmışdı. Eyni zamanda, respublika prokurorluğu Koştanın özünə qarşı heç bir rəsmi ittiham irəli sürməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax