Əsas məzmuna keç

Polşada Rusiya vətəndaşı casusluğa görə axtarışa verilib

Polşada Rusiya vətəndaşı casusluğa görə axtarışa verilib

bu barədə “Polsat News” məlumat yayıb. İstintaq müəyyən edib ki, 28 yaşlı Rusiya Federasiyası vətəndaşı 2023-cü ildə Polşada Rusiya kəşfiyyatının...

Polşa prokurorluğu 2023-cü ildə edilmiş qrupa rəhbərlikdə və kəşfiyyatının xeyrinə fəaliyyət göstərməkdə şübhəli bilinən bir Rusiya vətəndaşının edildiyini və ona qarşı ittiham irəli sürülərək axtarışa verildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.

İstintaq müəyyən edib ki, 28 yaşlı Rusiya Federasiyası vətəndaşı 2023-cü ildə Polşada Rusiya kəşfiyyatının fəaliyyətini təşkil edib və casusluq, diversiya, sabotaj və təbliğatla məşğul olan cinayətkar qrupun fəaliyyətini əlaqələndirib.

30 nəfərdən ibarət olan qrup üzvlərinə, o cümlədən kəşfiyyat fəaliyyəti, anti-Ukrayna və anti-NATO məzmunlu vərəqələrin çapı və yapışdırılması, və Belarus dissidentlərinin döyülməsi və onların əmlakının yandırılması tapşırılıb. Onların dəmir yollarında terror xarakterli cinayət kimi qiymətləndirilmiş təxribat törətmək üçün fəaliyyətlər icra etdikləri müəyyən olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…