Operativ Məlumat Mərkəzi

"Lokal antiterror tədbirləri bütün separatçılar oradan təmizlənənə qədər davam edəcək" - ŞƏRH

2 dəq
Paylaş:
"Lokal antiterror tədbirləri bütün separatçılar oradan təmizlənənə qədər davam edəcək" - ŞƏRH

"Bu Azərbaycanın öz ərazilərində qanuni hüququdur və suverən hüquqlarını bərpa etmək əməliyyatıdır".

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, bu əməliyyat gözlənilirdi. Uzun müddətdir verdiyimiz proqnozlarda da Ermənistanın terrorunun sona çatmadığını və həmçinin geri dönən əhalimizin təhlükəsizliyini təmin etmək üçün əməliyyatların vacibliyini vurğulayırdıq.

"Həmçinin Azərbaycanın coğrafi baxımdan və hər bir cəhətdən ən gözəl şəhərlərindən biri olan Xankəndidə hələ də separatçıların qalmağı bizim üçün qəbuledilməzdir. Bu baxımdan da lokal tədbirləri bütün oradan təmizlənənə qədər davam edəcək və vətəndaşları olan erməni əsilli insanlarımız da oradakı separatçılığın, terrorun girdabından və əsarətindən birdəfəlik qurtulmuş olacaq", - deyə sonra politoloq əlavə edib.

Mədinə Useynova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax