Operativ Məlumat Mərkəzi

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib - VİDEO

2 dəq
Paylaş:
Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib - VİDEO

Piyada səkilərində vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən əsasında tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.

"Bir daha sürücülərin diqqətinə ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir", məlumatda deyilir.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax