Operativ Məlumat Mərkəzi

Polis Akademiyasına sənəd qəbulu BAŞLADI

2 dəq
Paylaş:
Polis Akademiyasına sənəd qəbulu BAŞLADI

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Akademiyasına “Hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “İnformasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edilib.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsabiqədə dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli , şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sinfində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2025-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) kişilər iştirak edə bilərlər.

qəbulu bu gündən 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

İmtahan şərtləri ilə buradan tanış ola bilərsiniz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax