Operativ Məlumat Mərkəzi

Pezeşkian: ABŞ İranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozub

1 dəq
Paylaş:
Pezeşkian: ABŞ İranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozub

ABŞ İranın nüvə obyektlərinə hücum etməklə bütün və standartları pozub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Prezidenti Məsud Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.

“Bu bütün beynəlxalq norma və standartları pozmaqla həyata keçirilib: Onlar beynəlxalq və hamılıqla qəbul edilmiş bütün normaları tapdalayıblar. İran İslam Respublikası heç vaxt heç kimə qarşı müharibə başlatmayıb. Ancaq hücumların hədəfinə çevrildiyimiz zaman buna uyğun cavab verməliyik”, - o vurğulayıb.

Pezeşkian qeyd edib ki, bu hücumlar təkcə İrana qarşı deyil, həm də dünyanın bütün müstəqil ölkələrinə qarşı yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax