Operativ Məlumat Mərkəzi

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

2 dəq
Paylaş:
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi ( üzrә) keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 922 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər binasına buraxılmırlar.

Namizəd imtahan günü vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd ( vəsiqəsi və ya pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi‑müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax