Operativ Məlumat Mərkəzi

Peşə təhsili müəssisələrində yeni tədris ili başlayıb

2 dəq
Paylaş:
Peşə təhsili müəssisələrində yeni tədris ili başlayıb

Sentyabrın 15-də peşə təhsili müəssisələrində yeni ilinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə alacaq 41 min 429 nəfər tədrisə başlayıb. Onlardan 27 min 21 nəfəri 2025/2026-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanıb.

2025-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə start verilir. Eyni zamanda, cari tədris ilinə hazırlıq məqsədilə peşə təhsili pilləsinin və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramları üzrə tədris planlarında müvafiq dəyişikliklər edilib. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən dilinə tərcümə edilmiş dərsliklər daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- Strategiyasına uyğun olaraq cari tədris ilində yeni peşə təhsili müəssisələrinin qurulması və maddi-texniki infrastrukturunun yaxşılaşdırılması prosesi də davam edəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 2026-cı ilə qədər Qarabağda 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax