Əsas məzmuna keç

Paşinyandan şok Qarabağ gedişi

Paşinyandan şok Qarabağ gedişi

bunu politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistan baş nazirinin sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib: “Ermənistan Baş naziri...

" “Qarabağın statusu" iddiasından və olaraq bu məsələdə Moskvanın “xidmətlərindən” imtina edir".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistan baş nazirinin sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

“Ermənistan Baş naziri Paşinyan rəsmi Bakı ilə erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində İrəvanın Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razı olduğunu bəyan etdi. Ermənistan baş naziri fikrini belə əsaslandırdı: “Diqqəti sülh və üçün müsbət imkanlara yönəltməliyik”.

Görünən odur ki, Ermənistan nəhayət “Qarabağın statusu" iddiasından və faktiki olaraq bu məsələdə Moskvanın “xidmətlərindən” imtina edir. İrəvan üçün Qarabağ yükü altına girmədən Qərbin vasitəçiliyi ilə Brüssel görüşünə hazırlıq fonunda hərəkət etmək daha asan olacaq.

Bizim üçün prinsipial əhəmiyyət kəsb edir ki, bütün məsələlər Azərbaycanın Qarabağla bağlı qanuni hüquqları nəzərə alınmaqla, suverenliyə və ərazi bütövlüyünə hörmətin əsas prinsipləri çərçivəsində həll edilsin. Qalan hər şey fantastikadır”.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…