Operativ Məlumat Mərkəzi

Paşinyan: Türkiyə Cənubi Qafqazda sabitliyi dəstəkləyir

2 dəq
Paylaş:
Paşinyan: Türkiyə Cənubi Qafqazda sabitliyi dəstəkləyir

hökuməti Türkiyənin hərəkətlərini Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə yönəlmiş addım kimi qəbul edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın Nikol Paşinyan türkiyəli jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə Cənubi Qafqazda sabitliyin tərəfdarıdır. Biz görürük ki, Türkiyə həm prezident, həm də naziri səviyyəsində Ermənistan və arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Əgər bu mesajları düzgün başa düşsək, bu, həm də Türkiyənin Cənubi Qafqazdakı münasibətlərində müəyyən balansın olması deməkdir", - o bildirib.

Hökumət başçısı əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına töhfə verən istənilən səy, şübhəsiz ki, faydalı olacaq.

“Nəzərə almalıyıq ki, Ermənistan və Azərbaycan hazırda ikitərəfli formatda işləyir, lakin biz həm də tərəfdaşlarımızın sülh prosesi ilə bağlı baş verənlərdən xəbərdar olmasını istəyirik və məlumatları onlarla bölüşürük”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax