Ermənilərin Qarabağa qayıtması Ermənistan və Azərbaycan arasında formalaşmaqda olan sülh üçün təhlükə yarada bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı səsləndirib.
“Qarabağdan köçkün bacı və qardaşlarımızın qayıtmasını sülh üçün risk hesab edirəm. Bu məsələ, yəni məcburi köçkünlərin qayıdışı ümumilikdə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, – deyə Paşinyan bildirib.
O, həmçinin sülh prosesini “yeni doğulmuş uşaq”la müqayisə edərək, ona daim qayğı və diqqət göstərilməsinin vacibliyini vurğulayıb:
“Biz sülh müqaviləsini imzalamalı, sərhədləri delimitasiya etməli və bir-birimizi tək qoymalıyıq”.