Əsas məzmuna keç

Paşinyan: “Ermənistanın region ölkələri ilə münasibətlərinin xarakteri dəyişib"

Paşinyan: “Ermənistanın region ölkələri ilə münasibətlərinin xarakteri dəyişib"

bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə imzaladığı strateji tərəfdaşlıq sazişinə münasibət bildirərkən...

Gürcüstanın Avropa İttifaqına (Aİ) üçün statusu Cənubi Qafqaz regionunu dəyişir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə imzaladığı strateji tərəfdaşlıq sazişinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, sənəddə hər iki ölkənin müxtəlif istiqamətləri öz əksini tapıb: “Ermənistanın ölkələri ilə eləcə də regionun özü ilə münasibətlərinin xarakteri dəyişib. Onun reallıqlarından biri də odur ki, ötən il Gürcüstan rəsmən Aİ-yə namizəd statusu alıb”.

“İstəsək də, istəməsək də bu, obyektiv olaraq regionumuza təsir edir. Dörd qonşu ölkədən ikisi Aİ üzvlüyünə namizəddir. İndi hər şey dəyişir. Mən hesab edirəm ki, Gürcüstanla strateji dialoqun olması çox vacibdir, onunla münasibətlərdə konkret məsələlərə bağlı qalmamalı, onların həlli yollarını axtarmalıyıq”, - N.Paşinyan vurğulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…