Operativ Məlumat Mərkəzi

Paşinyan: “Azərbaycanla danışıqların gündəliyi bütün platformalarda eynidir”

2 dəq
Paylaş:
Paşinyan: “Azərbaycanla danışıqların gündəliyi bütün platformalarda eynidir”

"Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda - Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır".

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu kontekstdə deyirəm ki, danışıqlarda uğur qazanmaq lazımdır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir", - o deyib.

Moskvada , Rusiya və Ermənistan nazirləri , Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax