Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.
Paşinyan, “Ermənistanla Azərbaycan bir-birinə etibar etmədiyini, bu inamsızlığı aradan qaldırmaq üçün addımların atılmalı” olduğunu qeyd edib.