Operativ Məlumat Mərkəzi

Gürcüstanda azərbaycanlı kəndlilər etiraz aksiyası keçiriblər

1 dəq
Paylaş:
Gürcüstanda azərbaycanlı kəndlilər etiraz aksiyası keçiriblər
sakinlər kənd ərazisindəki daş karxanalarının fəaliyyətinə etiraz edirlər. Kəndlilər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyini,...

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Lejbədinli kəndində etiraz aksiyası keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sakinlər kənd ərazisindəki daş karxanalarının fəaliyyətinə etiraz edirlər. Kəndlilər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyini, çayın məcrasını dəyişərək kəndi suvarma suyundan məhrum qoyduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində doqquzuncu daş karxanasının tikilməsinə başlanılıb. Etirazla əlaqədar Marneuli şəhər şurasının Kürtlər və Qullar ərazi vahidliyi üzrə deputatı Omar İrişov əraziyə gəlib. O, daş karxanalarından lisenziya və fəaliyyət göstərməli olduqları sahə ilə bağlı sənədlərin tələb ediləcəyini, kəndə məxsus torpaq sahəsinin zəbt edilməsinin qarşısının alınacağını deyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər