Əsas məzmuna keç

Parisdə növbəti etiraz aksiyası keçirilib

Parisdə növbəti etiraz aksiyası keçirilib

aksiyayla əlaqədar paytaxt Parisdə Zəfər tağının yerləşdiyi Şarl de Qol meydanına təxminən 150 fermer toplaşıb. Fəallar Zəfər tağına gedən yolları...

Fransada “Kənd koordinasiyası” adlı fermerlərin ittifaqı hökumətin siyasətinə olaraq aksiya keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyayla əlaqədar paytaxt Parisdə tağının yerləşdiyi Şarl de Qol meydanına təxminən 150 toplaşıb.

Fəallar Zəfər tağına gedən yolları bağlasalar da daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib və hadisə yerinə jandarmlar gəlib.

Həmkarlar ittifaqı rəhbərlərindən biri “qadağan olunmuş toplantı təşkil etdiyinə və nəqliyyatın hərəkətini pozduğuna” görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sözügedən bölgədə nəqliyyatın hərəkəti bərpa edilib.

Fransalı fermerlər gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər. Onlar istehsal prosesində qarşılaşdığı əlavə xərclər Avropanın standartları ilə əlaqələndirilir.

Enerji xərclərinin artmasına səbəblərdən biri kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Bundan başqa, ekoloji çirklənmənin qarşısını almaq üçün tələb edilən qaydalar da fermer təsərrüfatı xərclərini artırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…