Operativ Məlumat Mərkəzi

Paris-2024: Bu günün oyun cədvəli açıqlandı

2 dəq
Paylaş:
Paris-2024: Bu günün oyun cədvəli açıqlandı

Bu gün Azərbaycanın iki güləşçisi və gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmçinin yunan- güləşi yarışlarında ölkəmizi təmsil edən bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.

O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.

Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.

Hər iki idmançımız 1/8 finaldan başlayacaq.

Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax