Əsas məzmuna keç

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb. “Dünyamız hissə-hissə...

Roma Kilsəsinin rəhbəri Papa dünyanın müharibəsinin astanasında olduğunu deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız üçün istifadə etməyə çağırıb.

“Dünyamız hissə-hissə aparılan üçüncü müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahına əl atmaq təhlükəsi də yox deyil. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa Fransisk vurğulayıb.

Pontifik adi silahların da mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməsinin vacibliyini bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…