Operativ Məlumat Mərkəzi

Pakistan Hindistanın təcavüzü barədə BMT-yə məlumat verib

2 dəq
Paylaş:
Pakistan Hindistanın təcavüzü barədə BMT-yə məlumat verib

Pakistanın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi Hindistanın açıq-aşkar təcavüzü barədə BMT-nin baş katibinə, BMT Baş Assambleyasının sədrinə və BMT Şurasının sədrinə məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məsələ ilə bağlı Pakistanın BMT-dəki daimi nümayəndəliyindən yazılı açıqlama verilib.

"Pakistanın nazirinin tapşırığına əsasən, Pakistanın BMT yanında daimi nümayəndəsi Asim İftixar Əhməd Hindistanın Pakistanın suverenliyinə və hüquqa qarşı açıq təcavüzü, beynəlxalq sülh və təhlükəsizliyə təhdid etdiyi barədə BMT-nin baş katibinə, BMT Baş Assambleyasının sədrinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məlumat verib. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu qorumaq üçün “istənilən vaxt və yerdə” təcavüzə lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.", - açıqlamada deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax