Əsas məzmuna keç

Özbəkistan Prezidentinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Özbəkistan Prezidentinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan...

Respublikasının Prezidenti Şavkat Mirziyoyev Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…