Operativ Məlumat Mərkəzi

Ötən gün Türkiyədə 3-ü hələ də davam edən 77 meşə yanğını baş verib - FOTO

2 dəq
Paylaş:
Ötən gün Türkiyədə 3-ü hələ də davam edən 77 meşə yanğını baş verib - FOTO

Ötən gün Türkiyədə 9-u böyük miqyaslı olmaqla 3-ü hələ də davam edən 77 yanğın hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat yayıb.

“Manisada , İzmirdə və Doğanbey ərazilərində yanğının davam edir. Bu yanğınların 3-ü də ciddidir. Buna görə 4 kənd və 2 məhəllə boşaldılıb. Bundan əlavə, səhər saatlarında Antalyanın Qazipaşa rayonunda da meşə yanğını baş verib”, - nazir bildirib.

Ədliyyə naziri Yılmaz Tunç isə yanğınla bağlı davam edən araşdırmalar çərçivəsində 17 şübhəlinin nəzarətə alındığını açıqlayıb.

"Yanğın səbəbiylə Biləcik Gölpazarı Cəza Müəssisəsindən ehtiyat tədbiri olaraq təxliyə edilib, 1081 məhbus və məhkum sağ-salamat qonşu əyalətlərdəki açıq cəzaçəkmə müəssisələrinə təhvil verilib. Onların ailələrinə və yaxınlarına proseslə bağlı məlumat verilib. Hazırda cəza müəssisələrimizdə təhlükə yoxdur", - deyə o qeyd edib.

Nazir bildirib ki, İzmir vilayətinin Buca rayonunda meydana gələn meşə yanğınında 1 şübhəli yanğını benzinlə başlatdığı səbəbiylə nəzarətə alınıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax