Operativ Məlumat Mərkəzi

Orta Dəhlizlə yeni marşrutla ilk yük qatarı yola salınıb

1 dəq
Paylaş:
Orta Dəhlizlə yeni marşrutla ilk yük qatarı yola salınıb

Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “ Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi –Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.

Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax