Operativ Məlumat Mərkəzi

Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər

2 dəq
Paylaş:
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə -xüsusi təlimlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin xidmətindən bildirilib.

Qeyd edilib ki, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.

düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib.

Həmçinin, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, ərazilərdə döyüş tapşırıqları icra olunub.

"Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax