Operativ Məlumat Mərkəzi

Onlar İsraili tənqid etdiyinə görə intizam cəzası ilə üzləşir

1 dəq
Paylaş:
Onlar İsraili tənqid etdiyinə görə intizam cəzası ilə üzləşir

Britaniyada yəhudilərin ən böyük orqanı olan Yəhudi Şurasının 36 üzvü Qəzza müharibəsi ilə bağlı İsraili tənqid edən məktuba imza atdıqları üçün cəzası ilə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrailin Qəzzaya hücumları 18-ci ayına girərkən, Britaniya yəhudi icması daxilində fikir ayrılıqları dərinləşir.

Yəhudi Deputatlar Şurası bu yaxınlarda verdiyi açıqlamada açıq məktubu imzalayan 36 üzvün "çox sayda " səbəbiylə şikayət proseduruna məruz qaldığını açıqlayıb.

İdarə Heyətinin xarici bölməsinin vitse-prezidenti Harriett Qoldenberq istintaqa qədər tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qoldenberqə istintaq başa çatana qədər idarə heyətindəki vəzifəsini tərk etməsi barədə də xəbərdarlıq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax