Operativ Məlumat Mərkəzi

Ombudsman Füzulidəki mina partlamasına münasibət bildirib və beynəlxalq ictimaiyyətə çağırış edib

2 dəq
Paylaş:
Ombudsman Füzulidəki mina partlamasına münasibət bildirib və beynəlxalq ictimaiyyətə çağırış edib

"Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxs olmuş, biri isə yaralanmışdır. Bu barədə Təəssüf ki, ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçmişdir və onlar arasında mülki şəxslər üstünlük təşkil edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Ombudsmanı Səbinə bildirib.

"Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur", - o qeyd edib.

S.Əliyeva bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Azərbaycanın məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax