Operativ Məlumat Mərkəzi

Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək

2 dəq
Paylaş:
Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə- çərşənbəsi isə martın 18-i olacaq.

Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax