Əsas məzmuna keç

Netanyahu xəbərdarlıq edib

Netanyahu xəbərdarlıq edib

Netanyahu, xüsusilə, İranın İsrailə qarşı 7 cəbhədə terror törətməyə çalışdığını deyib. “Onların qana susadığı göz önündədir. Lakin İsrail tək deyil. Biz...

İsrailin baş naziri Benyamin ölkəsinə hər kim vurmağa çalışsa, buna görə məsuliyyətə cəlb olunacağını, ağır bədəl ödəyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu, xüsusilə, İranın İsrailə qarşı 7 cəbhədə terror törətməyə çalışdığını deyib.

“Onların qana susadığı göz önündədir. Lakin İsrail tək deyil. Biz bütün cəbhələrdə, yaxın və ya uzaq bütün meydanlarda onlara qarşılıq verməkdə qətiyyətliyik”, - deyə Netanyahu qeyd edib.

İsrail ilə İran arasında birbaşa gərginlik İsrailin HƏMAS lideri İsmayıl Haniyə və “Hizbullah” komandiri Fuad öldürməsindən sonra yaranıb.

Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra paytaxt Tehranda yaxın məsafədən edilən raket hücumuna məruz qalıb.

İran buna görə qisas alacaqlarını bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…