Operativ Məlumat Mərkəzi

Nərimanovda 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar

2 dəq
Paylaş:
Nərimanovda 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar

Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri -axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə dəmir tumbaları oğurlamaqla ölkənin infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.

Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax