Operativ Məlumat Mərkəzi

Bakıda 41 yaşlı kişi qətlə yetirilib YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda 41 yaşlı kişi qətlə yetirilib  YENİLƏNİB

Bakıda 41 yaşlı kişinin qətlində şübhəli bilinən şəxs tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.

09:16 ***

Arelin 23-ü saat 20 radələrində paytaxtın rayonu, Akademik Həsən Əliyev küçəsində mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilmişdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq- tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax