Əsas məzmuna keç

BDYPİ sürücülərə müraciət edib

BDYPİ sürücülərə müraciət edib

DİN-dən xəbərdarlıq: Bölgələrdən dönənlər üçün yollarda hərəkət intensivləşir. BDYPİ-nin təhlükəsizlik və sürət həddi ilə bağlı vacib çağırışını oxuyun.

en ru

DİN-in Baş Dövlət İdarəsi (BDYPİ) qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" müraciəti təqdim edir:

“Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli yollarında hərəkət intensivliyi müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir.

Bununla yanaşı, sürücülərə yola çıxmazdan əvvəl vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir.

Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur”.

BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…