Operativ Məlumat Mərkəzi

Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları barədə təlim keçirilib

2 dəq
Paylaş:
Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları barədə təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsi, Xüsusi Riskli Xilasetmə və Lənkəran Şəhər Təcili və Tibbi Yardım Stansiyası ilə birgə “ qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd qurumlararası koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi, nəqliyyat qəzaları zamanı deformasiyaya avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş yanğını qısa müddətdə söndürüb, həmçinin xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri” təxliyə edərək təxirəsalınmaz ilkin yardım göstərdikdən sonra təcili tibbi yardım briqadasına təhvil veriblər.

Uğurla reallaşdırılan təlimdən sonra nəticələr təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax