Operativ Məlumat Mərkəzi

Nazirdən ilkə imza atan məktəblilərlə bağlı paylaşım

2 dəq
Paylaş:
Nazirdən ilkə imza atan məktəblilərlə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, azərbaycanlı məktəblilər Dəniz Səttarlı və Fidan Qarayeva dünyanın ən yaxşı universitetlərindən sayılan Texnologiya İnstitutuna (MIT) qəbul olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, elm və təhsil naziri hesabında tələbələrlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Fizika, və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.

Qeyd edim ki, Fidan Qarayeva və Dəniz Səttarlı dəfələrlə və respublika fənn olimpiadalarının qalibi olublar.

İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir, qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax