Əsas məzmuna keç

Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb

Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb

Naxçıvan Muxtar Respublikanın tibb müəssisələrinin həkim briqadaları tərəfindən ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki...

Respublikanın tibb müəssisələrinin həkim briqadaları tərəfindən məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələsində aşkar edilməsi məqsədilə icbari dispanserizasiya tədbirləri aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Naxçıvan Səhiyyə Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının həkim briqadası Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində şagirdləri müxtəlif müayinələrdən keçiriblər.

Pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası ümumilikdə 981 şagirdi müayinələrdən keçirib.

Müayinələr zamanı 40 nevroloji, 169 göz, 87 lor, 17 uroloji, 212 stomatoloji, 52 cərrahi və 21 pediatrik olmaqla, 598 şagird qeydiyyata alınaraq müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunublar.

Qrafikə uyğun olaraq şəhərin digər məktəblərində də dispanserizasiya işləri aparılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…