Əsas məzmuna keç

NATO-ya üzvlüklə bağlı sənədləri hava limanının tualetində unutdu

NATO-ya üzvlüklə bağlı sənədləri hava limanının tualetində unutdu

2022-ci ildə İsveçli bir məmur, ölkənin Baş naziri Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Stokholm-Arlanda hava limanının tualetində NATO-ya üzvlüklə bağlı sənədləri unudub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nyheter məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, ilə NATO-ya üzvlüklə bağlı danışıqlara dair sənədlərin olduğu qovluq barədə şöbəsinə məlumatı elə həmin məmurun özü verib.

İsveç hökuməti təmizləyici tərəfindən tualetdə tapılan sənədlərin məxfi sənədlər olmadığını bildirib.

Bununla belə, qəzet qeyd edir ki, NATO-ya üzvlüklə bağlı işlər ciddi məxfilik şəraitində aparılıb və danışıqlarda yalnız məhdud sayda şəxs iştirak edib.

Bundan əvvəl Almaniyanın

“Der Spiegel” nəşri 1994-cü ildə ABŞ və prezidentləri Bill Klinton və Boris Yeltsinin Rusiyanın NATO-ya olması məsələsini ciddi şəkildə müzakirə etdiklərinə dair gizli sənədləri dərc etmişdi. Lakin Avropa ölkələri, xüsusən Almaniya, bu ideyaya qarşı çıxmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…