Operativ Məlumat Mərkəzi

Muxtar Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşib

1 dəq
Paylaş:
Muxtar Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşib

Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə “Dövlət Qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının dairəsi genişlənir.

Qeyd edək ki, İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax