Operativ Məlumat Mərkəzi

Muxtar Babayev: Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik

2 dəq
Paylaş:
Muxtar Babayev: Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik

Son aylar ərzində Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər etdik və sizin qarşılaşdığınız çətinlikləri dərindən öyrəndik. Söhbətlərimiz açılış mərasimində qarşıya qoyduğumuz baxışı formalaşdırdı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı deyib.

COP29 Prezidenti bildirib ki, razılaşma yaratmaq üçün dəfələrlə tərəflər bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş əldə edilib. Qeyd olunub ki, həmçinin maliyyə institutlarının rəhbərləri ilə əlçatanlığın təmini istiqamətində işlər davam etdiriləcək.

Bununla yanaşı, ümumi itki və zərər mənzərəsi ilə koordinasiya və uyğunluğu gücləndirməyə diqqət yetirilib.

Nazir, həmçinin deyib: “Şəbəkəyə yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. Zənnimcə, COP29 boyunca məhdud resurslar daxilində iddialı hədəflər qoyaraq möhtəşəm liderlik nümayiş etdirib”.

“İnanıram ki, COP29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP29-dan sonrakı dövrdə həqiqi qurmağı səbirsizliklə ”, - deyə M.Babayev qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax