Əsas məzmuna keç

Ermənilərin Laçın sərhəd məntəqəsindən keçidinə şərait yaradılıb

Ermənilərin Laçın sərhəd məntəqəsindən keçidinə şərait yaradılıb

bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrinin içərisində 29...

Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin keçidi növbəti dəfə təmin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxs olub. Onlardan 6-sı BQXK-nin üzvü, 9-u sürücü, 9 xəstə, 4 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…